Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çavuşoğlu tvitter səhifəsində paylaşım edib.

Qeyd olunub ki, görüşdə martın 16-da Ankarada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısına hazırlıq müzakirə olunub.