Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Misirə səfər edəcək.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, səfər sabah baş tutacaq. Səfər çərçivəsində Çavuşoğlu misirli həmkarı ilə görüşəcək. Bu, onların son bir ayda ikinci görüşü olacaq.

Qeyd edək ki, bu, 10 il sonra Türkiyə rəsmilərinin Misirə ən üst səviyyədə ilk səfəridir.