Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Norveçin xarici işlər naziri Anniken Huitfeldt arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Çavuşoğlu Türkiyədə baş verən zəlzələdən sonra Norveçin dəstəyi və həmrəyliyinə görə həmkarına təşəkkür edib.

Bundan əlavə, tərəflər NATO-nun genişlənməsi, “Taxıl Sazişi”nin uzadılması, Əfqanıstan və Somalidəki mövcud hadisələri də müzakirə edib.