Çanaqqala ardıcıl ikinci gündür ki, hər iki tərəfdən nəqliyyata bağlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, meşə yanğınlarının davam etdiyi Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətinə gedən avtomobil yolu da bağlanıb. O, bildirib ki, 9 bölgədən ümumillikdə 1251 nəfər təxliyə edilib.

Əlavə edək ki, avqustun 22-də naməlum səbəbdən Kayadərə kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib. Yaxınlıqdakı 6 kənd boşaldılıb, küləyin təsirindən yanğın sürətlə yayılıb. Söndürmə işlərinə 8 təyyarə, 26 helikopter və 180-ə yaxın yerüstü texnika, o cümlədən 2,7 minə yaxın insan cəlb olunub.

 

Gözəl Həşimova