Cakartada “Petramina” şirkətinin yanacaq saxlanılan obyektində güclü yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə idarəsi məlumat yayıb.

Qeyd olunub ki, yanğında üç nəfər ölüb. Eyni zamanda İndoneziyanın “Kompas” qəzeti hadisə yerindəki operativ qərargahın lövhəsinə adları yazan xilasedicilərə istinadən 13 nəfərin öldüyünü yazıb.

Bu arada, şahidlər artıq 14 nəfərin daxil olduğu siyahının fotoşəkillərini dərc edirlər.