Fransa ölkədəki hərbi qüvvələrini geri çəkməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bu açıqlamanı Çadın Xarici işlər naziri Abdelrəhman Koulama səsləndirib. 

O əlavə edib ki, Fransanın Çaddakı təxminən min hərbçisi ölkəni tərk etməlidir. Nazir bu qərarı tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirib.

Qeyd edək ki, cari ilin aprel ayında Çad hökuməti ABŞ-yə məktub ünvanlayaraq hərbi əməkdaşlıq müqaviləsini ləğv etmək niyyətində olduğunu bildirmişdi. Məktubda ABŞ qoşunlarının Ndjamena hərbi bazasından çıxması tələbi də yer almışdı. Daha sonra Pentaqon Çad ərazisindən bir hissə hərbi qüvvələrinin çıxarıldığını elan edərək bu addımı müvəqqəti tədbir adlandırmışdı.