Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 880 milyon dollar məbləğində yeni yardım tranşına dair razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı fondun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, BVF işçiləri və Ukrayna rəsmiləri fevralın 17-dən 22-dək Varşavada saziş üzrə danışıqlar aparıblar.

Bildirilib ki, 2023-cü ildə Ukrayna iqtisadiyyatında müsbət dinamika, inflyasiyanın azalması və ehtiyatların güclənməsi müşahidə olunub. Bununla belə, BVF qeyd edib ki, bu il üçün perspektivlər ölkədə hərbi əməliyyatların davam etməsi səbəbindən çox qeyri-müəyyən olaraq qalır.

 

Gözəl Həşimova