Beynəlxalq Valyuta Fondu (BVF) bu il qlobal iqtisadi artım gözləntisini 3% səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun “Dünya İqtisadi Görünüş Hesabatı”nın oktyabr buraxılışında deyilir.

Agentlik, eyni zamanda gələn il üçün qlobal iqtisadi artım proqnozunu 3%-dən 2,9%-ə endirib.

Hesabatda bildirilir ki, müxtəlif qüvvələr qlobal iqtisadi bərpaya mane olur. Belə ki, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsindən sonra qlobal iqtisadi bərpa yavaş və qeyri-bərabər davam edir.

 

Gözəl Həşimova