"Keçən il gözləniləndən bir qədər güclü performans sayəsində qlobal iqtisadiyyat bu il yaxşı təkan alacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda məlumat açıqlayıb.

Onun sözlərinə görə, ötən il qlobal iqtisadi nəticələr gözləniləndən bir qədər yaxşı olub:

"Qlobal iqtisadiyyat olduqca dayanıqlı olub. Buna baxmayaraq, qlobal iqtisadiyyatın davam edən parçalanması səbəbindən bütün beynəlxalq ictimaiyyət yoxsullaşacaq. Beynəlxalq ticarət sisteminin parçalanması və yaranan müxtəlif məhdudiyyətlər nəticəsində dünya iqtisadiyyatının bu il 0,2% kiçiləcəyi gözlənilir".

 

Gözəl Həşimova