Beynəlxalq Valyuta Fondunun (BVF) Birinci vitse-prezidenti Gita Qopinath, inflyasiyanın hədəflənmiş səviyyəyə qaytarılması üçün mübarizənin davam etdiyi bir vaxtda qlobal faiz dərəcələrinin uzun müddət yüksək qalacağını gözlədiklərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qopinath Cənubi Afrika Mərkəzi Bankının təşkil etdiyi konfransda çıxışında bildirib. 

O, qlobal maliyyə şərtlərinin çətinləşməsi, geoiqtisadi fərqlərin artması və iqlimə görə artan xərclər səbəbindən inkişaf etməkdə olan bazarlar üçün xarici şərtlərin dəyişdiyini bildirib.

Bunun iqtisadi mühiti dəyişdirdiyinə diqqət çəkən Gopinath, dünyanı daha qeyri-sabit və qeyri-müəyyən hala gətirdiyini vurğulayıb.