Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının enişlə üz-üzə olduğu qənaətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dubayda keçirilən Ümumdünya Hökumət Sammiti zamanı fondun idarəedici direktoru Kristalina Georgiyeva qlobal bazarın gələcəyi ilə bağlı proqnozlarını bölüşərkən deyib.

BVF rəhbəri dünyanın aparıcı iqtisadiyyatlarında, o cümlədən ABŞ-də faiz dərəcələrinin tezliklə endiriləcəyini proqnozlaşdırır: "Mən gözləyirəm ki, ilin ortalarına qədər faiz dərəcələri endiriləcək".

Qeyd edək ki, Dünya Bankının analitikləri yaxın beş ildə qlobal iqtisadiyyatın inkişaf perspektivlərinin son 30 ilin ən aşağı göstəricisi ola biləcəyini proqnozlaşdırıblar.