Azərbaycan iqtisadiyyatının 2023-2024-ci illərdə 2,5% böyüyəcəyi gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya İqtisadi Görünüş Hesabatı”nın oktyabr buraxılışında deyilir.

Məlumata görə, ötən il ölkə iqtisadiyyatı 13,9% böyüyüb.

Hesabata əsasən, Azərbaycanda bu il inflyasiya səviyyəsi azalaraq 10,3%, gələn il isə 5,6% təşkil edəcək. Qeyd olunub ki, ötən il ölkədə inflyasiya 13,9% olub.

Bundan əlavə, bu il ölkədə işsizlik səviyyəsinin 5,9%, 2024-cü ildə isə 5,8% olacağı proqnozlaşdırılır. Ötən il Azərbaycanda işsizlik səviyyəsinin 5,9% olduğu qeyd edilir.

 

Gözəl Həşimova