"Yaxın Şərq ölkələri, o cümlədən Misir, Livan və İordaniya Fələstin-İsrail münaqişəsi səbəbindən iqtisadi tənəzzüllə üzləşib".  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva Səudiyyə Ərəbistanının paytaxtında keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırkı müharibə təkcə İsrail və Fələstinin deyil, həm də bütün regionun iqtisadiyyatı üçün uzunmüddətli nəticələrə səbəb olacaq.

 

Gözəl Həşimova