“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Moskvaətrafı “Jukovski” hava limanına uçuşları bərpa edir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 1 iyul tarixindən etibarən bu istiqamətə və geriyə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Buta Airways” aviaşirkətinin Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir.

“Buta Airways” aviaşirkətinin Rusiyaya planlaşdırılan bütün reyslərinə biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.

Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar.

Azərbaycana giriş qaydaları haqqında məlumatla keçid vasitəsilə tanış olmaq olar.