Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsinə hücum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hadisə nəticəsində 15 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Ekassane kəndi Burkina-Faso, Mali və Niger arasındakı sərhəddə yerləşir.

2015-ci ildən bəri Burkina-Fasoda terror hücumları zamanı 20 minə yaxın insan həyatını itirib.