Burkina Fasonun Müdafiə və Hərbi Veteranlar naziri Kassoum Coulibaly bildirib ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) istənilən vaxt Nigerə hərbi müdaxiləyə başlaya bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" televiziyası məlumat yayıb.

"Biz hər an ECOWAS-ın Nigerə qarşı hərbi müdaxiləsini gözləyirik. Biz Nigeri dəstəkləyirik və ECOWAS-ın istənilən mümkün hərbi müdaxiləsinə qarşı durmağa hazırıq", - o deyib.

Coulibaly ölkəsinin ECOWAS-dan ayrıla biləcəyini, çünki qrupun Nigerə qarşı siyasətinin "heç bir mənası olmadığını" söyləyib.

Qeyd edək ki, Burkina Faso və Mali Nigerlə həmrəylik əlaməti olaraq cümə günü axşam saatlarında öz döyüş təyyarələrini Nigerə yerləşdirib.