Son günlər Dənizkənarı Bulvar ərazisindən Xəzər dənizinin çirkləndirilməsi ilə bağlı yayılan görüntülərlə münasibət bildirilib.

“Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov bildirib ki, görüntülərdən xəbərdardırlar.

“Əraziyə baxış keçirilib və araşdırılıb. Həmin axıntılar qrunt sularıdır. Çirkli təsərrüfat məişət suları deyil. Laboratoriya nətiəcələri də var. Təqdim edə bilərik”.report