Dünya bazarında buğdanın qiymətinin 2 faiz bahalaşması müşahidə olunur. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi və qlobal taxıl tədarükünün azalması buğdanın qiymətinə təsirsiz ötüşmür.  

Məlumdur ki, dünyanın ən böyük buğda ixracatçısı Rusiyadır. Hazırda davam edən müharibə rejimi isə  kənd təsərrüfatı məhsullarının qiymətlərinə mənfi təsir etməkdədir. Bu isə dünya abzarında narahatlıqları daha da artırır. 

Bundan başqa, ABŞ-ın mövcud hava şəraiti soya paxlasının qiymətini 1%-dən çox artırıb. 

Gülşən Şərif