“Bugatti” şirkəti Ettora Buqattinin yeganə qızına həsr olunmuş “Chiron” hiperkarının “Le'Ebe” eksklüziv versiyasının təfərrüatlarını açıqlayıb.

Bu modifikasiya Almaniyanın “Poellath GmbH Co” zərgərlik evi ilə birlikdə üç il ərzində hazırlanıb.

Avtomobilin mavi karbon lifindən yığılmış unikal kuzovu, eləcə də eksteryeri 24 karatlıq qızıldan hazırlanmış detallarla bəzədilib.

Şirkətdən verilən məlumata görə, ümumilikdə üç “qızıl” nüsxə buraxılacaq.