“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, sənəd mayın 24-də parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.

Komitə iclasının gündəliyinə isə ümumilikdə 13 məsələ daxil edilib.