Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

1 avro 1,8507 manata yüksəlib. Türk lirəsinin məzənnəsi 0,0526 manata, Rusiya rublu isə 0,0182 manata enib.