Lənkəran Dövlət Univeristetinin (LDU) binalarında təmir işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, təmir işləri zamanı binaların divarı və tavanı yenidən rənglənəcək.

Eyni zamanda döşəmə örtükləri, lampalar yenilənəcək, qapıların açarları dəyişdiriləcək və digər təmir işləri həyata keçiriləcək.

Sözügedən təmir işləri üçün 185 min manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.