“Zarat Yem Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı azaldılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Ümumilikdə 1 546 985 (bir milyon beş yüz qırx altı min doqquz yüz səksən beş) manata bərabər tutulan daşınar əmlak (istehsal vasitələri, avadanlıqlar, qurğular, təsərrüfat avadanlıqları ehtiyyat hissələr və s.) natura şəklində müəyyən olmaqla şirkətin nizamnamə kapitalından geri götürülüb.

Buna görə də şirkətin hazırda nizamnamə kapitalı 1000 (bir min) manat məbləğində saxlanılıb.