Koronavirus pandemiyası neft tələbini azaltdığı üçün Fransız neft şirkəti Total keçən il 7,2 milyard dollar itirib. 

Şirkətin 2020-ci il maliyyə nəticələrinə dair açıqlamasına görə, 2019-cu ildə 11,2 milyard dollar mənfəət əldə edən Total, 2020-ci ili, pandemiya və neft bazarındakı qeyri-sabitliyə görə, 7,2 milyard dollar zərərlə bağladı.

Total-ın baş meneceri Patrick Pouyanne, mövzu ilə əlaqədar verdiyi açıqlamada keçən ilin üçüncü rübündə maliyyə azalmasının, neft qiymətlərinin sabitləşməsi ilə son rübdə bərpa ilə əvəz olunduğunu bildirib. 

Pouyanne, şirkətin xalis mənfəətinin keçən il qlobal neft tələbini təsir edən pandemiya səbəbiylə 66% azaldığını bildirib. 

Digər tərəfdən, Fransız şirkətinin neft istehsalının 2020-ci ildə bir əvvəlki ilə nisbətən 5% azalması diqqəti cəlb edib. 

Şirkət, may ayında keçiriləcək səhmdarların yığıncağında təsdiqlənərsə, "az emissiya daha çox enerjiyə" keçid məqsədi ilə adını TotalEnergies olaraq dəyişdirməyi planlaşdırır.