Azərbaycanda sığorta şirkətlərinin yanvar-oktyabr ayları üzrə sığorta ödənişləri açıqlanıb.

İqtisadiyyat.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkənin sığorta şirkətləri tərəfindən 10 ay ərzində 401,211 milyon manat sığorta ödənişi yığılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə 4 sığorta şirkətinin ödənişlıərində azalma baş verib.

Bunlar, “Atəşgah Həyat” ( 13 milyon 559 min manat azalıb), “Atəşgah” ( 3 milyon 473 min manat azalıb), “İpək Yolu Sığorta” ( 622 min manat azalıb), “Qala Həyat” ( 9 min manat azalıb) sığorta şirkətidir.