“Təcrübə göstərir ki, vətəndaşların minimum əməkhaqqı ilə (300 manat) ictimai işlərə cəlb edilməsi doğru deyil. Bu, həmin vətəndaşlar üçün cəlbedici deyil”.

Bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, kəmiyyətdən keyfiyyətə keçmək istəyiriksə, ictimai işlərə cəlb olunan insanların sayını azaltmalı, onların əməkhaqlarının artırılması istiqamətində düşünməliyik.

“Yəqin ki, bu, növbəti ilin büdcəsinin müzakirəsi zamanı nəzərə alınacaq”, - deyə komitə sədri bildirib.