Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib.

Onun sözlərinə görə, yeni məhsul kənd təsərrüfatı məhsullarının istehsalçılarının faiz xərcini dövlətin ödəməsini nəzərdə tutur:

"Banklar öz vəsaitləri hesabına kredit veriləcək və onların faizini dövlət qarşılayacaq. Bu layihə imzalanmaq üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək".//report