İtaliyaya gələn milyonlarla turistin əsas məkanı olan, intibah dövrünün beşiyi sayılan Florensiyada rezidensiyalar üçün maraqlı qərar qəbul edilib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Florensiya Bələdiyyə Başçısı Dario Nardella verdiyi açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən xüsusi ərazi olaraq təyin olunan Florensiyanın tarixi şəhər mərkəzindəki yaşayış evlərində qısa müddətli kirayə verilməsi prossesi bundan sonra dayandırılacaq.

İyunun 1-dən qüvvədə olan qərara əsasən, bu tip yeni yaşayış yerləri təklif etmək istəyənlərə də icazə verilməyəcək. Tədbirin görülməsində əsas məqsəd isə yerli yaşayış yerlərini qorunmasıdır. Məlumata görə, tarixi şəhər mərkəzində hazırda 8500 evin bu şəkildə istifadə edilir.