Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətləri ləğv edib. 

Bu sahələrə aşağıdakılar daxildir. 

-    Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

-    Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

-    Mühəndislik və layihələndirmə xidmətləri; 

-    Qablaşdırma məhsullarının istehsalı;

-    Daş, metal və taxta məhsullarının istehsalı;

-    Mebel istehsalı və təmiri; 

-    Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

-    Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 

-    Onlayn satışlar;

-    Kimyəvi təmizləmə; 

-    Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 

-    Avtomobillərin təmiri;

-    Avtomobil yuyulma məntəqələri; 

-    Heyvan sığınacaqları;

-    Tərcümə xidmətləri.