Asiya İnkişaf Bankı Asiya-Sakit Okean ölkələrində yoxsulların sayının artdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bankın hesabatında deyilir.

Məlumata görə, Asiya-Sakit Okean hövzəsinin inkişaf etməkdə olan ölkələrində yoxsul insanların sayı ötən il 155,2 milyon nəfərə çatıb. Bu da region əhalisinin 3,9%-nə bərabərdir.

Hesabata əsasən, Rusiya-Ukrayna müharibəsi, COVID-19 pandemiyası, artan inflyasiya və yaşayış səviyyəsi bu regionun inkişaf etməkdə olan ölkələrində yoxsulların sayını iki dəfədən çox artırıb. Araşdırmada Avstraliya, Yeni Zelandiya və Yaponiya kimi ölkələrin statistikası isə nəzərə alınmayıb.

 

Gözəl Həşimova