Avropa İttifaqı (Aİ) Avropada çip istehsalına 100 milyard avrodan çox investisiya qoymaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin daxili bazar və sənaye üzrə komissarı Thierry Breton deyib.

Onun sözlərinə görə, hazırda dünyada mikroprosessor istehsalının yalnız 9%-i Avropanın payına düşür. Buna görə də Avropa İttifaqı xarici mikroprosessorlardan asılılığını azaltmağı planlaşdırır.

 

Gözəl Həşimova