Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dekabrın 11-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.