Milli Məclisin deputatı seçilən Elçin Mirzəbəyli “Xalq cəbhəsi” qəzetinin baş redaktoru vəzifəsindən gedib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, özü bildirib.

“Qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 ilə yaxındır ki, rəhbərlik etdiyim “Xalq cəbhəsi” qəzetinin baş redaktoru statusu ilə vidalaşmalı oldum”, - E.Mirzəbəyli qeyd edib.

Qəzetə rəhbərlik isə jurnalist Əli Zülfüqaroğluya həvalə edilib.