Qala qəsəbəsində 2 saat müddətində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar Xəzər rayonunun Qala qəsəbəsində bir qrup abonentin qaz təchizatı saat 11:00-13:00-dək dayandırılacaq.