Dünya Bankı Şərqi Asiya ölkələrində iqtisadi artım perspektivlərini qiymətləndirib.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi artım 1960-cı illərdən bəri ən aşağı səviyyəyə enəcək. Buna səbəb ABŞ-nin proteksionist addımları və artan dövlət borcudur.

Eyni zamanda, bank Çinin bu il üçün iqtisadi artım proqnozunu 4,8%-dən 4,4%-ə endirib. Qurum Şərqi Asiya və Sakit okean regionunda inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artım proqnozunu isə 4,8%-dən 4,5%-ə endirib.

 

Gözəl Həşimova