Belçika və Hollandiya əhalinin tütün məmulatlarına çıxışını və siqaret satışını minimuma endirmək üçün tədbirləri daha da sərtləşdirir.

Belçika hökumətinin gənclərin asanlıqla əldə edə biləcəyi qida və içki sektorunda siqaret satan avtomatların tamamilə ləğvi ilə bağlı qərarı parlamentdə təsdiqlənib.

Siqaret və tütün reklamları ilə bağlı sərt tədbirlər görən Belçika federal hökuməti siqaret satan maşınları da məhdudlaşdırıb.

Nümayəndələr Palatasının təsdiqlədiyi hökumətin yeni təklifinə əsasən, supermarketlərdən kənarda siqaret satan maşınlar qadağan ediləcək.

Gələn il qüvvəyə minəcək qaydaya əsasən, siqaret satış maşınları yalnız supermarketlərin görünməyən hissəsində yerləşdiriləcək və yaş məhdudiyyəti olacaq.

Qeyd edək ki, tənzimləmə tütün məmulatlarını daha az əlçatan etmək və yetkinlik yaşına çatmayanlara siqaret satışına qoyulan qadağanın icrasını asanlaşdırmaq məqsədi daşıyır.