"Avropa İttifaqı ölkələri və Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq fevralın 15-də alyansın müdafiə nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropanın NATO ölkələri bu il müdafiəyə 380 milyard dollar xərcləyəcək. Bu, ilk dəfədir ki, onların ümumi daxili məhsullarının 3%-nə bərabər olacaq.

O, NATO ölkələrinin silah və sursat istehsalını artırdığını da vurğulayıb.

 

Gözəl Həşimova