Dünya ölkələri “ASAN Xidmət”in elektron icazə sistemi ilə maraqlanır.
Fins.az-ın verdiyi xəbərə görə, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycanda həyata keçirilən elektron icazə sistemini bir çox ölkələr özlərində tətbiq etmək istəyirlər.
Belə ki, "ASAN Xidmət"in xüsusi karantin rejimində insanların hərəkətini idarə etmək üçün yaradılmış icazə sistemi (//icaze.e-gov.az/ portalı) artıq bir sıra ölkələrin marağına səbəb olub və onlar bu sistemi tətbiq etmək istəyiblər. Bunların sırasında Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri də var.
Qeyd edək ki, elektron icazə sistemi ilə vətəndaşlar evdən çıxmadan öncə icazə səbəbini qeyd etməklə şəxsiyyət vəsiqəsi üzrə gündə 1 dəfə icazə ala bilirlər. Bu da insanların özünü təcrid edərək koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısını alır.