Nepal hökuməti ölkədə "TikTok" sosial şəbəkəsinə girişi qadağan etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin informasiya və rabitə naziri Rekha Şarma bildirib.

Onun sözlərinə görə, qadağanın konkret vaxtı açıqlanmayıb. Qərarı bugün Nepal Nazirlər Kabineti qəbul edib.

Hökumətin məlumatına görə, son dörd il ərzində hakimiyyət orqanları sosial şəbəkədə 1,6 mindən çox kibercinayəti qeydə alıb.

 

Gözəl Həşimova