Qırğızıstanda sosial media platforması "TikTok" qadağan ediləcək.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi qəbul edib.

Qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib. Bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok"un zərərli təsirləri ilə bağlı şikayətlər artıb.

 

Gözəl Həşimova