Avstriyanın ətraf mühit, energetika və nəqliyyat naziri Leonore Gewessler sürət həddini aşan sürücülərin ciddi təhlükə yaratdığını və onların avtomobillərinin müsadirə olunacağını bildirib.

Nazir Gewessler deyib ki, sürət həddini aşanların maşınları alınacaq:
Yeni qanun layihəsinə görə, polis hadisə yerində sözügedən şəxsin avtomobilini bağlayacaq və həmin sürücü məhkəməyə veriləcək. Sürücü şəhərdə saatda 80 kilometr, şəhərdən kənarda isə 90 kilometr sürətlə tutularsa, onun nəqliyyat vasitəsinə müvəqqəti həbs qoyulacaq.

Lakin sürət həddini aşdıqda, məsələn, şəhərdə saatda 120 kilometr, şəhərdən kənarda isə 220 kilometr sürətlə hərəkət edən sürücü tutularsa, onun avtomobili müsadirə olunaraq hərracda satılır.

Gəlir yerli və mərkəzi bölmələr arasında bölüşdürüləcək.