Banqladeşin paytaxtı Dəkkədə restoranda baş verən yanğında 43 nəfər həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Samanta Lal Sen bildirib.

Nazirin sözlərinə görə, xilasedicilər azı 65 nəfəri xilas edə biliblər. Yanan binadan pəncərədən tullanaraq qaçmaq istəyən 10 nəfər isə yaralanıb.

Məlumata görə, yanğın fevralın 29-da Bakı vaxtı ilə saat 17:50 “Kachchi Bhai” restoranında başlayıb. Yanğın iki saat sonra lokallaşdırılıb. Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir. Yanğının səbəbi hələ müəyyən edilməyib.

 

Gözəl Həşimova