Qlobal təbii qaz qiymətlərinin artması səbəbindən Böyük Britaniyada qaz və elektrik enerjisinin qiyməti oktyabr ayında artacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə enerji operatoru "Ofgem" məlumat yayıb.

Məlumata görə, qlobal təbii qaz qiymətlərinin artması səbəbindən oktyabr ayından 10% artım gözlənilir.

2024-cü il oktyabrın 1-dən etibarən ev təsərrüfatları tərəfindən ödənilən tariflərin yuxarı həddi ildə 2,253 dollara qədər artacaq. Hazırda bu göstərici 2058 dollardır.

Bu o deməkdir ki, ölkədəki hər bir ev enerjiyə ildə orta hesabla 195,5 dollar daha çox xərcləyəcək.

 

Gözəl Həşimova