Ukraynanın dövlət orqanları işçilərinin orta əmək haqqısı fevralda artaraq 43 min qrivna (1096 dollar) təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarda ölkədə dövlət orqanları işçilərinin orta aylıq əmək haqqısı 38 min qrivna (969 dollar) təşkil edib.

Qeyd edək ki, bu il Ukraynada 43,9 milyard dollarlıq büdcə kəsiri planlaşdırılır.

 

Gözəl Həşimova