Yaponiyadakı "McDonald's" restoranlarının təxminən 30%-i kassa aparatlarının nasazlığı səbəbindən fəaliyyətini dayandırıb.

İqtisadiyyat.az bu barədə "Kyodo" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şirkət hazırda hadisənin baş vermə səbəblərini araşdırır.

Qeyd edək ki, hazırda Yaponiyada 3 minə yaxın "McDonald's" restoranı var. Bu şəbəkəsinin ölkədə ilk restoranı 1971-ci ildə açılıb.

 

Gözəl Həşimova