İndoneziyada "iPhone 16" smartfonlarının satışına qadağa qoyulub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Sənaye Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, məhdudiyyətlər "Apple" komponentlərinin milli sertifikatın tələblərini yerinə yetirənə qədər qüvvədə qalacaq.
Belə ki, şəxsi istifadə üçün bu smartfonların ölkəyə gətirilməsinə icazə verilir. Bir nəfərin isə ikidən çox "iPhone 16" gətirməsinə icazə verilmir, lakin onların bu ölkədə satışı qəti qadağandır.
Gözəl Həşimova