Qırğızıstanda soyuq hava şəraiti ilə əlaqədar bütün təhsil müəssisələrində əyani təhsilin dayandırılması və təlimin onlayn keçirilməsi qərara alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Təhsil və Elm Nazirliyinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, ölkədə soyuq hava şəraiti ilə əlaqədar bu gündən gələn həftəyə qədər əyani təhsilin dayandırılması qərara alınıb.

Nazirlik tərəfindən göndərilən məktubda təhsilin onlayn davam etdirilməsi və internetdəki təhsil resurslarından faydalanmaq üçün tədbir görülməsi tapşırılıb.

 

Gözəl Həşimova