Böyük Britaniyada 18 yaşdan kiçik şəxslərin elektron siqaretdən istifadəsi məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rişi Sunak bildirib.

O, gənclərin elektron siqaret çəkmə vərdişini dayandırmaq üçün bu yöndə sərt tədbirlərin görüləcəyini qeyd edib:

"Uşaqlar elektron siqaret və bu kimi digər zərərli vərdişlərdən uzaq durmalıdırlar. Biz onların zərərli vərdişlərə aludə olmasını istəmirik. Uşaqların siqaretə əlçatanlılığını məhdudlaşdırılması ilə bağlı hökümətə bir sıra təkliflər irəli sürülüb. Elektron siqaretlər siqaret çəkən gənclərin sayının artması ilə mübarizə planlarının bir hissəsi olaraq qadağan ediləcək”.

Qadağanın Böyük Britaniyanın bütün bölgələrində tətbiq ediləcəyi gözlənilir.