Bu ilin iyunun 26-dan iyulun 3-dək Rusiyada benzinin bir litrinin orta istehlak qiyməti 14 qəpik artaraq 52,3 rubla çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsi (Rosstat) məlumat yayıb.

Məlumata görə,  "Aİ-92" markalı benzinin bir litrinin orta qiyməti 14 qəpik artaraq 48,46 rubl, "Aİ-95" markalı benzinin litrinin qiyməti 16 qəpik bahalaşaraq 52,88 rubl, "Aİ-98" markalı benzinin litrinin qiyməti isə 11 qəpik artaraq 63,26 rubl təşkil edib.

Eyni zamanda, dizel yanacağı 7 qəpik bahalaşaraq 58,38 rubla çatıb.