Monqolustanda 2,9 milyon başdan çox mal-qara aclıqdan tələf olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Məlumata görə, Monqolustan ərazisinin 80,6%-i jütdən təsirlənir. Jüt otlaqların buzlanması və ya güclü qar yağması nəticəsində baş verən, mal-qaranın otlamasını çətinləşdirən, heyvanların aclıqdan və soyuqdan tələf olmasına səbəb olan kütləvi heyvan itkisidir.

Bu fəlakətə adətən Qazaxıstan və Qırğızıstanda rast gəlinir.

Ötən ilin sonunda Monqolustanda mal-qaranın sayı 64,7 milyon baş təşkil edib.

 

Gözəl Həşimova